Kömək lazımdır? +99412 310-02-75
az

Necə sifariş edim?

Bildiyiniz kimi Acqalma.az saytı internet üzərindən yemək sifarişi saytıdır. Bizim vasitəmiz ilə siz həm yemək sifariş edə bilər, həm də restoranlar barədə məlumat əldə edə bilərsiniz.

Saytımıza həm mobil qurğulardan, həm də kompyuterlərdən daxil olub sifariş etmək mümündür. Bütün brauzerlər dəstəklənir.

PC görüntüsü:                                                                                                                   Mobil görüntüsü:
                                                   

İlk öncə lazım olan, sizə ən yaxın ərazini seçməkdir:

Açılacaq növbəti səhifədə sizə yaxın əraziyə çatdırılma həyata keçirən restoran və kafeləri görəcəksiniz.

Yeməkləri seçib “Səbətə əlavə et” düyməsinə klik edirsiniz. Seçilən yeməklərin porslarını - və + işarələrinin köməyi ilə artırıb azaltmaq mümkündür. X işarəsinə toxunmaqla isə seçilmiş yeməyi silə bilərsiniz.


Səbət sonunda yerləşən “Sifariş etmək” düyməsinə toxunaraq isə sifarişini formalaşdııra bilərsiniz. “Sifarişçi haqqında məlumat” doldurulmalıdır. Bu məlumat sahəsində sifarişin kimə aid olduğu və hansı nömrə ilə əlaqə saxlanılacağını təyin edirsiniz.

“Çatdırma növləri” bölməsində siz sifarişin çatdırılma növünü seçə bilərsiniz. Sifarişi ünvana çatdırılmasını, saatını təyin edə bilərsiniz və ya özünüz restorandan götürə bilərsiniz.

“Çatdırılma şərtləri” bölməsində ünvan barədə daha çox informasiya əlavə edə bilərsiniz. “Göndərmə təlimatları” bölməsində ünvan haqqında ətraflı məlumat və yemək haqqında əlavə qeydlərinizi yaza bilərsiniz. Növbəti Addım düyməsinə toxunandan sonra ödəmə növünü seçib sifarişi təsdiq etməniz tələb olunur.

Hər hansı sual yaranarsa +994 50 234 88 11 nömrəsi ilə əlaqə saxlayın