Şəkərbura— un, yağ, yumurta sarısı, xama, duz, vanil tozu, quru maya, şəkər və süddən hazırlanan xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Həmin içliyə ədviyyat kimi hil qatılır.